Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 10:50
Burkina-Fasonun şərqində silahlılar azı 11 hərbçini öldürüb, 8-i yaralayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, səlahiyyətlilər hücumun təfərrüatlarını açıqlamayıb.
Yanvarın 23-24-də hərbçilər iğtişaşlar nəticəsində hakimiyyəti ələ keçirdilər və bu hakimiyyət indi onların yaratdıqları "Mühafizə və Bərpa Uğrunda Patriot Hərəkatı"nın əlindədir.
Hərəkata polkovnik-leytenant Paul-Henri Sandaogo Damiba rəhbərlik edir.
Hərbçilər prezidenti devirib, hökuməti və parlamenti buraxıb.