Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ərim belə şeyləri ictimai formada deməyimə icazə vermir"

Tarix: 22 Mart 2022 02:22

Kolumbiyalı məşhur müğənni Şakira "Barselona"nın "Real" üzərində qələbəsi haqda fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "İnstaqram" səhifəsindəki paylaşımında əvvəlcə həyat yoldaşı Jerar Pike haqda yazıb:

"Həyat yoldaşım Jerar Pike bu cür şeyləri ictimai formada deməyimə icazə vermir. Lakin sadəcə o, öz qəhrəmanlığı ilə bütün ağrılara və zədələrə rəğmən, bu cür oynaya bilər. Bunu onun mənim həyat yoldaşım olduğuna görə demirəm. Pike dünyanın ən yaxşı mərkəz müdafiəçisidir. Demişdim!" - deyə müğənni bildirib.

Sonda Şakirə əli ilə 4 işarəsini tutaraq "Real"a sataşıb.
 
Qeyd edək ki, "Barselona" ötən gecə "Real"ı səfərdə 4:0 hesabı ilə məğlub edib

Milli.Az


Etiketlər:  Ərim belə şeyləri ictimai formada deməyimə icazə vermir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ