Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kaanla Pınar sevgilidir?

Kaanla Pınar sevgilidir?

Tarix: 23 Mart 2022 09:08

Həmkarı Yiğit Kirazcıdan ayrılan aktrisa Pınar Denizin "Yargi"dakı tərəf müqabili Kaan Urgancıoğlu ilə sevgili olduğu iddia edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində Ceylin obrazını canlandıran aktrisa deyilənlərə cavab verib. Pınar İstanbulda Nişantaşı səmtində obyektivlərə tuş gəlib. 

Deniz "Serial gözəl gedir, reytinqlər yüksəkdir. Hamı sevərək izləyir. Bu da məni xoşbəxt edir. Serialdakı vəkil obrazını sevdim. Yaxın günlərdə qarşınıza vəkil olaraq çıxa bilərəm" deyə söyləyib.

Aktrisa qadınların alçaldığı, gücsüz göstərildiyi layihələrdən imtina etdiyini vurğulayıb. 

Kaanla sevgil olmaları sualına isə Pınar "Heç bir münasibətim yoxdur. Bu günlərdə ancaq işimlə məşğulam" cavabını verib.

Milli.Az


Etiketlər:  Kaanla Pınar sevgilidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ