Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada koronavirusa yoluxanların sayı daha da artıb

Dünyada koronavirusa yoluxanların sayı daha da artıb

Tarix: 23 Mart 2022 12:32

Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu, ölənlərin sayı isə 6,09 milyonu ötüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Martın 22-də ÜST dünya üzrə 470 839 745 yoluxma və 6 092 933 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 244 012, ölənlərin sayı 1 485 nəfər artıb.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 015 226 nəfərə çatıb, 964 473 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 43 010 971 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 516 543 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 630 484 nəfər virusa yoluxub, onlardan 657 205 nəfəri ölüb.

Milli.Az


Etiketlər:  Dünyada koronavirusa yoluxanların sayı daha artıb


RƏYLƏR