Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi davam etdirilir

“Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi davam etdirilir

Tarix: 10 Sentyabr 2019 17:00

Bakı. Trend:

“Elektron hökumət” portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 12 və 14 iyul 2019-cu il tarixlərində həyata keçirilmiş onlayn mənzil seçimi prosesi başa çatmış, seçim prosesi yekunlaşdıqdan sonra nüfuzlu beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) "Güzəştli mənzil" sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edib və öz müsbət “SOC 3” rəyini təqdim edib.

Mənzil İnşaatı Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentlik tərəfindən istifadəyə verilmiş "Güzəştli mənzil" sistemi Azərbaycanda “SOC 2” və “SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu, sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı “Güzəştli mənzil” sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.

Bununla yanaşı, “Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu”nun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması kimi tələblərinə uyğun olaraq “Güzəştli mənzil” sistemindən istifadə zamanı vətəndaşların rahatlığını təmin etmək məqsədilə müvafiq təkmilləşdirilmə işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müntəzəm olaraq davam etdirilir.

Yuxarıda sadalanan tələblərdən biri də mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodunun daxil edilməsi ilə bağlıdır. "Güzəştli mənzil" sistemində tətbiq edilən bu yenilik mənzil seçimi zamanı şəffaflığın təmin olunması, bərabər şəraitin yaradılması prinsipinin qorunub saxlanılmasına imkan verəcək, eyni zamanda sistemin təhlükəsizliyini daha da möhkəmləndirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

“Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi davam etdirilir “Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi davam etdirilir “Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi davam etdirilir “Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi davam etdirilir


Etiketlər:  Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ