Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 11:32
Rusiya əsgərləri arasında Ukrayna tərəfinə keçənlərin sayı artır.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Getdikcə daha çox Rusiya hərbçisi Ukraynaya qarşı müharibədə iştirak etməkdən imtina edir və əllərində silahla Ukrayna tərəfinə keçir", - deyə məlumatda bildirilir.
Pentaqonun son hesablamalarına görə, Rusiya ordusunun döyüş qabiliyyəti 90 %-dən aşağı düşüb. Ordu ərzaq və yanacaq təminatında problemlərlə üzləşib.
Aslan Məmmədov