Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 15:12
"Martın 25-i səhər saat 7:45 radələrində rus qoşunları Xarkov şəhərinin Osnovyanski rayonunda humanitar yardımların verilməsi mərkəzinin yerləşdiyi şəhər klinikasını atəşə tutublar. Yaxınlıqda bir dənə də olsun hərbi obyekt yoxdur".
Sonxeber.net bildirir ki, bu barədə Xarkov vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Səhər mülki infrastrukturun çoxsaylı raket sistemlərindən atəşə tutulması nəticəsində 7 mülki şəxs yaralanıb, onlardan 4-ü həlak olub.
"Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Polis Ukrayna xalqına qarşı cinayət faktını sənədləşdirir və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi sübutları toplayır", - deyə vilayət polisi yekunlaşdırıb.
Aslan Məmmədov