Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 03:35
Əməkdar artist Sevda Ələkbərzadə küçədə səsləndirilən mahnıya əsəbiləşib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, həmin an lentə aldığı görüntünü müğənni instaqram hesabında paylaşıb.
"İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur görəsən?" deyə, Sevda bildirib.
Qeyd edək ki, İçərişəhərdə baş tutan konsertdə ifa edən Türkan Vəlizadə olub. O, "Ağlıma bir ad gəlir" mahnısını oxuyub.