Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə İsraildən qaz ala bilər

Türkiyə İsraildən qaz ala bilər

Tarix: 26 Mart 2022 08:06

İsrailin baş naziri Naftali Bennetin ölkəyə gözlənilən səfəri zamanı münasibətləri bərpa etmək cəhdləri fonunda İsrailin Aralıq dənizində hasil etdiyi təbii qazın Türkiyəyə çatdırılması müzakirə mövzusu olacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara enerji sahəsində İsraillə əməkdaşlığa hazırdır. Bununla yanaşı, Ərdoğan İsrail qazının təkcə Türkiyənin daxili bazarına deyil, həm də Avropaya çatdırıla biləcəyini istisna etməyib.

İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli 2016-cı ildən müzakirə olunur.

Milli.Az


Etiketlər:  Türkiyə İsraildən bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ