Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 08:09
Ukraynadan gələn qaçqın axınını ilə əlaqədar olaraq İnterpol Moldovaya əməliyyat dəstəyi qrupu göndərib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, dəstək qrupu paytaxt Kişinyovda və qaçqın düşərgələrində fəaliyyət göstərəcək.
Qrupun məqsədi Moldova polisinə və humanitar təşkilatlara dəstək verməkdir. Qrup üzvləri yerlərdə vəziyyəti qiymətləndirəcək, hazırlıq, təhlil və əməliyyat dəstəyi sahəsində ehtiyacları müəyyən edəcəklər. İnterpol bildirib ki, son həftələrdə Ukrayna sərhədlərinin qanunsuz keçilməsi və insan alveri ilə bağlı çox sayda məlumat daxil olub.