Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 08:54
Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı sanksiyalar çərçivəsində bütün ruslara vizaların verilməsini dayandırmağı təklif edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, o, bu bəyanatla Aİ sammiti zamanı çıxış edib.
Bundan əvvəl xarici işlər naziri Eva-Mariya Liimet ölkə hakimiyyətinin Rusiya vətəndaşlarına viza verilməsini müvəqqəti dayandırmaq qərarına gəldiyini bildirib.
Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov bildirib ki, Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə qadağa nəzəri cəhətdən Aİ-nin yeni sanksiyalar paketinə daxil edilə bilər, lakin belə bir addım Avropa ölkələrinin iqtisadiyyatına zərbə vuracaq.