Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 21:00
"Ukrayna qoşunları Xarkov, Sumıda əks-hücum əməliyyatına başlayıb, həmçinin, Kiyev və Xerson vilayətlərində də bunu davam etdirir".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirilən brifinqdə deyib.
"Düşmənin indi iki əsas vəzifəsi var - qoşunlarımızı Birləşmiş Qüvvələr Əməliyyat zonasında mühasirəyə almaq, Mariupolun mühasirəsini başa çatdırmaq və cənubda - Xerson bölgəsində müdafiəni saxlamaq...
Əgər düşmənin cənubda müdafiə qabiliyyəti aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək", - o bildirib.
Eyni zamanda, Arestoviç növbəti və ya iki həftənin "qeyri-bərabər" olacağı barədə xəbərdarlıq edib:
"Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır".