Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 10:08
"Son 24 saat ərzində Rusiya qoşunlarının Ukraynanın işğal olunmuş ərazilərindəki mövqelərində heç bir ciddi dəyişiklik baş verməyib".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin yaydığı kəşfiyyat məlumatlarında deyilib.
Bildirilib ki, mövcud maddi-texniki təchizat çatışmazlığı Rusiya hərbçiləri arasında davamlı iradə və ruh düşkünlüyünün olmaması, habelə ukraynalıların aqressiv döyüşləri ilə qarşı tərəfin durumu daha da ağırlaşır:
"Rusiya şiddətli döyüşlərin davam etdiyi Mariupol bölgəsinin cənubunda böyük uğurlar əldə edib. Onlar orada limanı ələ keçirməyə çalışırlar".