Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 16:20
Ağdaş rayonu, Ovçulu kəndinin yolları bərbad vəziyyətdədir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, yollar çala-çuxurludur və gediş-gəliş üçün çətinlik yaradır.
Qış aylarında yağış suları ilə dolan çuxurlar vaziyyəti daha da çətinləşdirir.
Sakinlərin sözlərinə görə, sözügedən yollar sovetlər dönəmində necə idisə, indi də eyni vəziyyətdədir.
Piyadalarla yanaşı sürücülər də xeyli əziyyət çəkirlər. Tez-tez maşınlar sıradan çıxır, əlavə xərcə düşürlər.
Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədr müavini Xəzər Saadov "Xəzər Xəbər"ə bildirib ki, problemlə bağlı aidiyyəti qurumlara rəsmi müraciət olunub.
Bələdiyyə nümayəndəsi yolların nə vaxt düzələcəyi ilə bağlı konkret vaxt deməyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: