Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 13:56
Paytaxtın avtomobil bazarında son günlər durğunluq yaşanır. Xüsusən Rusiya istehsalı olan avtomobillərin həm satışında, həm də alışında azalma müşahidə olunur. Vaxtı ilə bu ölkədən gətirilən və hazırda ikinci əl kimi satışa çıxarılan nəqliyyat vasitələrinin də qiymətində nəzərçarpacaq dəyişiklik olmasa da, alıcı qıtlığı var.
Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, avtomobil satışı ilə məşğul olan şəxslər son dövürlərdə Rusiyadan gətirilən yeni avtomobillərin də sayının azlıq təşkil etdiyini bildirirlər. Buna isə hazır ki Rusiya-Ukrayna müharibəsi, həmçinin pandemiya və digər amillər səbəb olub.
Satıcılar deyirlər ki, Rusiya istehsalı olan yeni avtomobillərin bir çoxunda sürətlər qutusu mexaniki olur. Həmçinin kondisionerinin olmaması və metal konustruksiyasının zəif hazırlanması da satışın azalmasına səbəb olan amillərdir. Elə alıcılar da ödədikləri pulun müqabilində daha keyfiyyətli və komfortlu avtomobil almağa çalışırlar.
Satıcılar onu da əlavə etdilər ki, paytaxt bazarı ilə müqayisədə Sumqayıt və rayon bazarlarında Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir. Qeyd edək ki, Avropa və Amerikadan gətirilən avtomobillər də bahalaşıb. Buna səbəb karqo qiymətlərinin artmasıdır. Bu avtomobillərin də alıcıları xeyli azalıb.