Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 15:30
Amerika və Britaniya alimləri beş dəqiqə ərzində otaqda olan mikrobların 98%-ni məhv edən "Far-UVC" yeni tipli ultrabənövşəyi şüalanmanı təqdim ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, işıqlar tavana quraşdırıla və hava-damcı yoluyla xəstəliklərinin insandan insana ötürülməsini azalda bilər.
Bu vasitə həmçinin COVID və qripə qarşı da effektlidir.
Alimlərin fikrincə, "Far-UVC" insanların sağlamlığına təhlükə yaratmadan otağı dezinfeksiya etmək üçün ən ucuz üsuldur.
Qeyd edək ki, adi ultrabənövşəyi şüalar gözlərə və dəriyə zərər verə bilər.