Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsraildə silahlı hücum nəticəsində 5 nəfər ölüb

İsraildə silahlı hücum nəticəsində 5 nəfər ölüb

Tarix: 29 Mart 2022 23:12

İsrailin Bney Brak şəhərində naməlum silahlının həyata keçirdiyi hücumda beş nəfər həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, silahlı şəxs zərərsizləşdirilib.

İsrailin Baş naziri Naftali Bennetin hücumla bağlı təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparacağı bildirilir.

Qeyd edək ki, bu, İsraildə bir həftə ərzində üçüncü terror aktıdır. Martın 27-də İsrailin Hadera şəhərində odlu silahdan istifadə edilən hücum zamanı iki sərhəd polisi həlak olub, daha 12 israilli müxtəlif dərəcəli ağırlıqda yaralanıb. Martın 22-də isə İsrailin cənubundakı Beer Şeva şəhərində İŞİD-in bıçaqlı əməliyyatçısının həyata keçirdiyi hücum nəticəsində dörd israilli həlak olub.

Milli.Az


Etiketlər:  İsraildə silahlı hücum nəticəsində 5 nəfər ölüb


RƏYLƏR