Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Rejissora dedim ki, atam buna icazə verməz, bilsə məni universitetdən çıxarar...”

“Rejissora dedim ki, atam buna icazə verməz, bilsə məni universitetdən çıxarar...”

Tarix: 31 Mart 2022 10:25

"Öncə mən həkim olmaq istəyirdim, hətta atamı aldatmışdım da. Amma qandan qorxurdum, qanı gördüyüm anda ürəyim gedirdi. Ona görə də atamdan gizlin sənətlərimi rəssamlıq fakültəsinə vermişdim, atam bunu biləndə çox əsəbləşdi. Çünki o istəmirdi ki, mən incəsənət sahəsində olum. Tələbə ikən mənə bir şampun reklamında oynamağa dəvət gəldi. O vaxt saçlarım çox uzun idi. Rejissora dedim ki, atam buna icazə verməz, reklamda çəkildiyimi bilsə məni universitetdən çıxarar. Rejissor da mənə dedi ki, elə edəcəm, bilinməyəcək ki, bu qız Meral Konratdır. Reklamda çəkilmək üçün mənə ödənilən qonorarı bilən kimi bir az şirnikləndim. Beləliklə reklama çəkildim. Amma rejissor tamamilə üz-gözümü boyamışdı, özüm belə özümü tanıya bilməmişdim. Atam reklama baxıb anama demişdi ki, gör bu bizim qızımız Merala necə bənzəyir? Atam bunu biləndə çox əsəbləşdi. Daha sonra kino və teatr sahəsində çalışmağıma razılıq verdi".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur türkiyəli aktrisa Meral Konrat deyib. O, daha sonra əlavə edib.

"Təbii ki, indiki sənətçilər zamanında bizim çəkdiyimiz o çətinlikləri yaşamayıblar. İndi ata-analar çox asanlıqla qızlarına incəsənətə gəlməyə, aktrisa olmağa icazə verirlər. Hətta atalar qızlarının əlindən tutub baletə belə aparır. İndiki sənətçilərlə bizim nəslin sənətçilərində yerdən göyə qədər fərq var. Biz özümüzdən böyüklərə hər zaman sayğı, diqqət göstərmişik. Amma əfsuslar olsun ki, bu günki sənətçilərdə bunları çox nadir hallarda görürük" deyə aktrisa bildirib.

Aktrisa onu Türkan Şoraya bənzətdiklərini də bildirib.

"Mən və mənimlə yaşıd olan insanlar Türkan Şorayın filmləri ilə böyümüşük. Məni Türkan Şoray kimi bir insana bənzətdikləri üçün onlara çox təşəkkür edirəm. Bu mənim üçün böyük qürurdur. Amma mən Meral Konratam. Bir neçə dəfə Türkan xanımla görüşmüşəm. O vaxt rejissor Arif Keskinər məni Türkan Şorayla görüşdürdü. Türkan xanım məni bir neçə dəqiqə başdan-ayağa süzdü, daha sonra heç bir söz demədən çıxıb getdi. Onun bu hərəkəti mənə çox pis təsir etmişdi. Mən də uşaq kimi ağlamağa başladım. Rejissor dedi ki, qətiyyən ağlama, həyatda belə şeylər də baş verir" deyə aktrisa bildirib.

Meral Konrat Azərbaycana olan sevgisindən də bəhs edib.

"Azərbaycan mənim ikinci vətənimdir. Oranı, insanlarını öz xalqım, millətim kimi çox sevirəm. Həqiqətən də mənə çox doğmasınız. Təbii ki, bu doğmalığa görə mən Rasim Ocaqova təşəkkür edirəm. Çünki o məni "Təhminə" filmində çəkməsəydi mən bəlkə də Azərbaycanla tanış olmazdım. Azərbaycana hər zaman böyük sevinc və sevgi ilə gəlirəm. İnşallah Azərbaycanla bir neçə ortaq layihəmiz də olacaq" deyə aktrisa bildirib.

Milli.Az


Etiketlər:  Rejissora dedim ki atam buna icazə verməz bilsə məni universitetdən çıxarar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ