Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 15:44
DÇ-2022-nin 32 iştirakçısından artıq 29-u müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bugünə kimi Qətər-2022-də oynamaq hüququnu aşağıda adları qeyd olunan komandalar qazanıblar.
Avropa zonası üzrə: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə
Cənubi Amerika zonası: Argentina, Braziliya, Ekvador, Uruqvay
Afrika zonası: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis
Asiya zonası: İran, Qətər (təşkilatçı ölkə), Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya
Şimali Amerika zonası: Kanada, ABŞ, Meksika
Daha 3 iştirakçıdan ən sonuncusu iyunda müəyyənləşəcək. DÇ-2022-nin püşkatması aprelin 1-də keçiriləcək. Qətərin ev sahibliyi edəcəyi turnir 21 noyabr-18 dekabrda olacaq.