Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhem yatdığı vaxt evi qarət olundu - FOTO

Bekhem yatdığı vaxt evi qarət olundu - FOTO

Tarix: 31 Mart 2022 20:44

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin Londondakı evi qarət olunub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə martın 30-dan 31-nə keçən gecə baş verib. Soyğunçular idmançının evindən bahalı qızıl-zinət əşyalarını oğurlayıblar.

Həmin vaxt Devid arvadı və uşaqları ilə evdə olub, onlar yatıblar.

Oğurluq hadisəsini Devidin 17 yaşlı oğlu dostları ilə əyləncədən qayıdan zaman aşkar edib. O, atasını oyadaraq qonşu otaqda hər şeyin alt-üst olduğunu deyib. Ailə dərhal polislə əlaqə saxlayıb.

Xoşbəxtlikdən heç kim xəsarət almayıb.

"Bekhemlər ərazidə fəaliyyət göstərən kifayət qədər peşəkar oğruların qurbanı olublar. Xoşbəxtlikdən cinayətkarlar qaçmazdan əvvəl yalnız bir yataq otağını yara biliblər", - deyə mənbə bildirilib.


Etiketlər:  Bekhem yatdığı vaxt qarət olundu FOTO


RƏYLƏR