Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 12:30
Britaniyanın Birmingem şəhərində Ukraynaya dəstək üçün xeyriyyə konserti keçirilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Ed Şiranın, Kamilə Kabelonun və digər dünya ulduzlarının iştirakı ilə reallaşan konsertdə ukraynalı qaçqınlar üçün 16 milyon dollar (təxminən 27 milyon 200 min manat) toplanıb. Əldə olunan vəsait təkcə satılan biletlərdən yox, həmçinin televiziya tamaşaçılarının ianələri nəticəsində yığılıb.
Gecədə ukraynalı müğənni Camala "1944" mahnısını oxuyub. Sonda isə dünyanın ən yaxşı gənc skripkaçılarından hesab olunan ukraynalı İlya Bondarenko videozəng vasitəsi ilə konsertə qoşularaq sığınacaqdan öz ifasını təqdim edib.