Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2022 21:20
Ukrayna və Rusiya ikinci dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsini həyata keçiriblər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna 90-a yaxın əsgərini geri qaytarıb.
"Bu gün əsirlərin mübadiləsi olub. 15-i qadın olmaqla, 86 nəfər Ukrayna əsgəri artıq təhlükəsizdir", - deyə Timoşenko əlavə edib.
Xatırladaq ki, martın 24-də Ukrayna və Rusiya ilk əsr mübadiləsini həyata keçirib. Onda 10 ukraynalı hərbçi Rusiya tərəfindən qaytarılıb.