Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təcrübə keçən tələbələrlə bağlı TƏKLİF səsləndirildi

Təcrübə keçən tələbələrlə bağlı TƏKLİF səsləndirildi

Tarix: 11 Sentyabr 2019 14:10

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı məktəblərinin pedaqoji təcrübə imkanları nəzərdən keçirməklə hansı məktəbdə hansı ixtisas üzrə nə qədər tələbənin təcrübə keçə biləcəyinin limitləşdirilməsini istərdik. Çünki burada laqeydlik tələbənin sonrakı karyera seçiminə həm mənfi, həm də müsbət təsir edə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pedaqoji təcrübə zamanı bəzi problemlər ortaya çıxır:

"2014-cü ildə təsdiq edilmiş ali təhsil ixtisaslarının dövlət standartına və tədris planlarına görə, Bakıdakı bütün ali məktəblərin pedaqoji ixtisaslarına təcrübələr eyni vaxtda başlayır və bir neçə min tələbə Bakının məktəblərinə, xüsusilə də şəhərin mərkəzində orta məktəbə gedir və ciddi sıxlıq yaranır. İkincisi, məktəblərin mövcud infrastrukturu və kadr potensialı nəzərə alınmadan normadan artıq yüklənmə nəticəsində pedaqoji təcrübənin keyfiyyəti aşağı düşür. Bəzən tələbələr pedaqoji təcrübə zamanı yalnız bir sinifdə sınaq dərslərini keçirlər. Təklif edirik ki, tələbələr sınaq dərslərini müxtəlif yaş qruplarındakı siniflərdə keçmək imkanına malik olsunlar. Tələbələrin sınaq dərslərində ixtisas müəllimləri ilə yanaşı, məktəb rəhbərliyin də iştirak etməsi, təcrübə nəticələrinin məktəbin pedaqoji şurasında müzakirə olunması, tələbələrin yalnız sınaq dərsləri ilə deyil, məktəbin bütün idarəolunması işində fəal iştirak etməsinə rəvac verilməsi təklif olunur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Təcrübə keçən tələbələrlə bağlı TƏKLİF səsləndirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ