Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda kafedə dava olub, bıçaqlanan var

Bakıda kafedə dava olub, bıçaqlanan var

Tarix: 2 Aprel 2022 08:04

Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə "DSK" yolu kimi tanınan ərazidə yerləşən "Yubiley" kafesində qeydə alınıb.

1981-ci il təvəllüdlü Alıyev Vüsal Xasay oğlu dostu ilə kafedə yeyib-içərkən aralarında mübahisə yaranıb.

Daha sonra mübahisə davaya çevrilib.

Bu zaman V.Alıyev qarın nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Etiketlər:  Bakıda kafedə dava olub bıçaqlanan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ