Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Rusiya və Belarusun daha 120 təşkilatına qarşı sanksiya tətbiq etdi

ABŞ Rusiya və Belarusun daha 120 təşkilatına qarşı sanksiya tətbiq etdi

Tarix: 2 Aprel 2022 08:26

ABŞ Rusiya və Belarusun müdafiə, aerokosmik və dənizçilik sektorları ilə əlaqəli 120 müəssisəsinə qarşı ixrac sanksiyaları tətbiq edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi müvafiq məlumat yayıb.

İddia olunur ki, qara siyahıya salınmış bütün qurumlar "Birləşmiş Ştatların milli təhlükəsizliyi və ya xarici siyasətinin maraqlarına zidd hərəkət ediblər".

Ticarət Nazirliyi Belarusun 24 hüquqi şəxsinə, o cümlədən Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına, Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) və DTK-nın "Alfa" xüsusi təyinatlı dəstəsinə qarşı ixrac sanksiyaları tətbiq edib. Qara siyahıya digərləri ilə yanaşı, Belarus Dövlət Hərbi-Sənaye Komitəsi, Minsk Təkərli Traktor Zavodu (MZKT), həmçinin Qomel Vilayət İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi də daxil edilib.

Məlumatda vurğulanır ki, sanksiyalar "Belarusun Rusiyanın Ukraynaya müdaxiləsinə əhəmiyyətli töhfə verməsi və dəstəkləməsi, habelə Rusiya silahlı qüvvələrinə dəstəklənməsi faktına cavab olaraq" tətbiq edilib.

Sənəddə deyilir ki, hüquqi şəxslər "Belarus silahlı qüvvələrinə dəstək məqsədilə ixrac üçün qadağan olunmuş siyahısına daxil edilmiş məhsulların alınması və əldə edilməsi cəhdlərinə görə" sanksiya siyahısına daxil edilib. Qeyd edilir ki, indi ixrac üçün lisenziyalı müraciətlərə baxılarkən siyahıda olan şəxslərə "imtina prezumpsiyası" tətbiq olunacaq.


Etiketlər:  ABŞ Rusiya Belarusun daha təşkilatına qarşı sanksiya tətbiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ