Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həyat yoldaşımı itirəndən sonra balalarımın üstündə tək qaldım, ad günlərimi keçirmədim”

“Həyat yoldaşımı itirəndən sonra balalarımın üstündə tək qaldım, ad günlərimi keçirmədim”

Tarix: 2 Aprel 2022 10:05

"Doğum günlərimi adətən ailəmlə, balalarımla birlikdə qeyd edirəm. Amma bu dəfə fərqli olacaq. Zaur Baxşəliyev 3-4 gün bundan öncə mənə zəng edib dedi ki, çox istəyirəm sizə "Zaurla Günaydın" verilişində ad günü keçirim. Mən də çox böyük məmnuniyyətlə qəbul etdim. Sağ olsun Atv kanalı və xüsusilə də Zaur Baxşəliyev məni hər zaman diqqətdə saxlayır. Bunun özü mənə ən böyük hədiyyədir".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Pərvanə Qurbanova deyib. O daha sonra əlavə edib.

"Mənim üçün ən böyük hədiyyə doğmalarımın diqqəti, sevgisi və qayğısıdır. Mən diqqəti çox sevirəm. Çünki özüm də hər kəsə bacardığım qədər diqqət yetirirəm. Doğum günlərini qeyd etməyi sevmirəm. Son illərdir ki, doğum günümdə telefonu açıq saxlayıb, kimlərinsə təbrikini qəbul edirəm. Həyat yoldaşım rəhmətə gedəndən sonra heç bir doğum günümü ürəkdən qeyd etməmişəm. Balalarımın üstündə tək qaldım, əlbəttə ki, möhkəm olmalı idim. Ona görə də artıq mənə əhəmiyyətli deyildi ki, yaş üstünə yaş gəlir, qocalıram. Mənim fikrim o idi ki, balalarımı vətənə layiqli övlad kimi böyüdüm, işimdə uğurlarım bol olsun.  Çətinliklərim olsa da heç bir zaman aciz qalmamışam. Acizlik etdinsə bu həyatda aciz də qalacaqsan, heç nəyə nail olmayacaqsan" deyə aktrisa bildirib.

Xalq artisti hər zaman səhnədə olmağı arzuladığını da bildirib.
 
"Sənətimlə bağlı arzularım çoxdur. Hər zaman səhnədə olub, oynadığım rollarla tamaşaçıların qəlbini fəth etmək istəyirəm. Tamaşaçılarla canlı ünsiyyəti, teatrı çox sevirəm. Kinodur, serialdır, onları neçə dəfə istəsən çəkib, sonra ən yaxşısını seçib tamaşaçıların ixtiyarına verirsən, amma tamaşa elə deyil. Səhnəyə çıxdınsa orada səhv olmaz. Hər zaman tamaşaçıların qəlbində yaxşı bir sənətkar kimi qalmaq, taxt qurmaq istəyirəm" deyə sənətkar bildirib.

Qeyd edək ki, Pərvanə Qurbanova uzun illərdir Gəncə Dövlət Dram Teatrında çalışır və teatrın aparıcı aktrisasıdır.


Etiketlər:  Həyat yoldaşımı itirəndən sonra balalarımın üstündə tək qaldım günlərimi keçirmədim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ