Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 20:02
Aprelin 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə dünya təşkilatı məlumat yayıb.
Məsləhətləşmələrin yerli vaxtla səhər saatlarında baş tutacağı gözlənilir. Görüşün konkret mövzusu müəyyən edilməyib.
Qeyd edək ki, aprel ayında BMT Təhlükəsizlik Şurasına Böyük Britaniya sədrlik edəcək.