Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həftədə 3 dəfə ağrıkəsici içmək böyrəkləri sıradan çıxara bilər

Həftədə 3 dəfə ağrıkəsici içmək böyrəkləri sıradan çıxara bilər

Tarix: 3 Aprel 2022 21:27

Həkim təyinatı olmadan, nəzarətsiz və müntəzəm ağrıkəsici dərmanlar içmək böyrəklərdə patologiyalara səbəb olur.

Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, bunu nefroloq Oleq Kotenko bildirib.

Böyrəklərin ikincili xroniki xəstəliklərinin səbəbləri içində dərmanların da rolu var.

"Dərmanların təlimatında velə xroniki nefrit yarada bilməsi barədə xəbərdarlıq var. İnsanlar bunu oxumur, bilmək istəmir.

Böyrəklərin zədələndiyini insan özü bilmir. O zaman əlamətlər olur ki, artıq böyrək çatışmazlığı yaranıb. Nəinki ağrıkəsici dərmanlar, həmçinin antibiotik və steroidlər də böyrəklərin qənimidir. Ona görə də bu dərmanları yalnız həyati riski məqamlarda, ciddi ağrılarda həkim təyinatı ilə və böyrəklərin vəziyyəti yoxlanandan sonra təyin etmək lazımdır".

Böyrəklərin sağlamlığı üçün arterial təzyiqi nəzarətdə saxlamaq və içdiyiniz dərmanlara fikir vermək lazımdır.


Etiketlər:  Həftədə dəfə ağrıkəsici içmək böyrəkləri sıradan çıxara bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ