Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 18:40
Xalq artisti Flora Kərimova məhkəməyə verdiyi müğənni Afət Fərmanqızı barədə paylaşım edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, müğənni həmkarı barədə 30 dəqiqəyə yaxın hazırlanmış videoya bu sözləri yazıb:
"Düşünürəm, iddiası olanın sübutlara arxalanan dəlili olar. Yalanlarla silahlanmaq acizliyin göstəricisidir.
Birinci gündən məhkəməyə təqdim olunan faktları xronologiya ilə sizin mühakimənizə təqdim edirəm. Zamanınızı bir az alacaq. Faktları toplu şəkildə incələmək, qərəzli və göstərişlə yazılan rəylərə cavabımdır! Həqiqətin yanında olan hər kəsə təşəkkür edirəm. Öpürəm hər birinizi".