Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 16:48
Bakı. Trend:
İş prinsiplərində və müştəri münasibətlərində şəffaflığa önəm verən Azərbaycanın aparıcı banklarından olan “Expressbank” ASC 2019-cu ilin ilk rübü üçün maliyyə hesabatını açıqlayıb.
Bankdan Trend-ə verilən məlumata görə, cari ilin birinci rübündə Expressbank müştərilərə müxtəlif təyinatlı maliyyə məhsullarını uğurla təqdim edərək, ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini artırıb və dayanıqlıq göstəricilərini gücləndirmişdir. Belə ki, yaradılmış ehtiyatlar üçün 229 min manat vəsait ayrılıb və xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 78% artaraq 1 milyon 336 min manat təşkil edib. Kapitalın illik gəlirliyi isə birinci rüb üzrə 4.4% olmuşdur.
2019- cu ilin əvvəlindən bankın müştərilərə verdiyi kredit portfeli ötən ilin I rübü ilə müqayisədə 27% artaraq 240 milyon 830 min manat təşkil edir. Bununla yanaşı kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi isə ötən ilin eyni rübü ilə müqayisədə 2.6%-dən 1.87%-ə enib.
Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə və onların etibarlı tərəfdaşına çevrilməsinə hədəflənən Expressbank 2018- ci ilin ilin birinci rübü ilə müqayisədə maliyyə dayanıqlılığının yüksək olması ilə əhalinin banka artan etibarını aydın nümayiş etdirir. Bunun nəticəsində əmanətlər 15% artaraq 99 milyon 658 min manata çatıb. Həmçinin ilk rübdə bankın faiz gəlirləri 9 milyon 318 min manat, faiz xərcləri isə 2 milyon 470 min manat təşkil edib.
Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçid ala bilərsiniz.
Qeyd edək ki, Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin