Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ: Türkiyəyə minnətdarıq, o icazə vermədi...

ABŞ: Türkiyəyə minnətdarıq, o icazə vermədi...

Tarix: 6 Aprel 2022 10:14

Prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya liderlərinə yaxınlığı, əlaqələri bu sülh danışıqlarının Türkiyədə keçirilməsinə səbəb oldu.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin siyasi işlər üzrə müşaviri Viktoriya Nuland deyib.

"Bu, müharibənin bitməsi üçün sağlam mühit yaradır. Eyni zamanda, Montrö razılaşmasının icrası üçün də Türkiyəyə minnətdarıq. Türkiyənin Qara dənizdə gücü, coğrafi mövqeyi olduqca önəmlidir. Çünki Qara dəniz bu müharibədə keçid marşrutu ola bilərdi, lakin Türkiyə buna icazə vermədi", - deyə Nuland bildirib.


Etiketlər:  ABŞ Türkiyəyə minnətdarıq icazə vermədi


RƏYLƏR