Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 04:25
"Cəmi bir serialda çəkilirəm. Rejissorlar məni dəvət etmir. İmicimi dəyişəndən sonra dəvət də azaldı. Mənim üçün işləmək olsun. Hazırda rol aldığım serialdan cüzi qonorar verirlər".
Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Nahidə Orucova deyib. Aktrisa son vaxtlar film və seriallara təklif almadığını söyləyib. O bildirib ki, qeyri-peşəkarları filmə çəkirlər:
"Bizə reklam lazım deyil, pul lazımdır. Filmlərdə çəkilməyəndə biz paslanırıq. Bizim dövrün aktyorları çalışmalıdır. Bu bizə ruh yüksəkliyi verir. İndi filmə, seriala çəkilənlərin çoxunun heç peşəsi də yoxudr. Çoxu qonorar almır, reklam üçün çəkilir. Hətta özləri pul verir".
N.Orucova qeyd edib ki, yerli serialları izləmir:
"Tetarda oluram, gündüz də məşqlərə başım qarışır. Tamaşadan sonra musiqi, rəqs dərslərimiz olur. Axşamlar isə sosial verilişlərdə ekspert kimi çıxış edirəm. Gəlib tez yatıram ki, dincəlim".
"Ekspert kimi çıxış etdiyiniz proqramlardan qonorar alırsınız" sualına aktrisa "Almıram, amma düşünürəm. Bunu bundan sonra nəzərə alacam. hansı verilişə gedəcəm qonrar alacam. Vaxtımız gedir. Bəzən çəkiliş məşq vaxtına düşür, söz verdiyin üçün getməli və işdən icazə almalı olursan. Yüz söz götürürəm. Buna görə də gərək pul istəyim".