Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 14:25
Fransa dəbdəbəli həyat tərzi ilə gündəmə gələn rusiyalı aktrisa Renata Litvinova bu ölkədə yaşamaq qərarına gəlib.
Uzun müddət idi ki, onun bu ölkədə bir iş adamı ilə sevgili olduğu haqqında xəbərlər dolaşırdı. Bəlli olub ki, sevgilisi fransalı milyonçudur.
Sonxeber.net xəbər verir ki, Litvinovanın Parisdəki dəbdəbəli həyatının pulunu məhz o ödəyir. Onların münasibətlərinin nə qədər davam edəcəyi məlum deyil. Lakin sevgililər pandemiya zamanı belə bir-birlərini görməyə davam edib, hətta bağlanan sərhədlər də onların hisslərini soyutmayıb. Avropalı milyonçu 55 yaşlı aktrisa üçün kürü restoranı da açıb.
Xatırladaq ki, Renata iki dəfə ərdə olub.
Anar Əli