Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 09:51
Bakı. Samir Əli - Trend:
Son illər dövlət başçısı tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı görülmüş tədbirlərin artıq nəticələrini görməkdəyik.
Bunu iqtisadçı ekspert Elşad Məmmdov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə deyib.
Ekspertin sözlərinə görə, 2017-ci ildən başlayaraq qeyri-neft sektorunda inkişaf dinamikası ciddi şəkildə müşahidə edilməkdədir: “Bununla yanaşı, düşünürəm ki, yaxın və ortamüddətli perspektivdə bu göstəricilərin daha da yüksək inkişaf dinamikası üzrə dəyişməsinin şahidi olacağıq. İlin əvvəlindən bəri qeyri-neft sektoruna yönləndirilmiş kapital qoyuluşlarının qabaqlayıcı formada inkişafı bunu deməyə əsas verir. Bu tədbirlərin çox ciddi sosial-iqtisadi effektinin olacağı gözlənilir. Çünki biz daxili bazarı genişləndirərək faktiki olaraq istehsalımızı stimullaşdırır, real sektorumuzun, idxalın əvəz olunması siyasətinin həyata keçirilməsinin dəstəklənməsini görürük. Belə olan halda, bir tərəfdən əhalinin sosial imkanları, sosial müdafiəsi ilə bağlı məsələlər ön plana çıxır, digər tərəfdən isə daxili bazarın genişlənməsi, işgüzar fəallığın artırılması yolu ilə iqtisadiyyatımızın dayanıqlı inkişafına töhfə veririk”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin