Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayselin partlayışda Merlini axtardığı həmin an - VİDEO

Ayselin partlayışda Merlini axtardığı həmin an - VİDEO

Tarix: 7 Aprel 2022 16:35

Xəbər verdiyimiz kimi, aprelin 3-də "Location" klubda baş verən yanğında xəsarət alanlar arasında model Təranə Rzayeva da (Merlin) olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Merlin adı ilə tanınan model hazırda xəstəxanada müalicə alır. O, partlayış baş verən an lentə alınan görüntüləri yayımlayıb.

T.Rzayevanın paylaşımında bloger Aysel Şükürovanın qışqıraraq onu axtardığı əks olunub. "Sənin Merlin deyən, fəryad edən dilinə qurban. Hər qarşıma çıxdıqca ürəyim parçalanır. O hayda özünü düşünmür məni axtarır" deyə, model qeyd edib.

Qeyd edək ki, Ayselin keçmiş həyat yoldaşı Oqtay Əhmədov blogerin partlayışda xəsarət almadan çıxdığını, Merlini axtarmaq üçün yenidən içəri keçdiyi zaman bədəninin müəyyən hissəsinin yandığını açıqlamışdı.

Milli.Az


Etiketlər:  Ayselin partlayışda Merlini axtardığı həmin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ