Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbibin növbəti rəqibi müəyyənləşdi

Həbibin növbəti rəqibi müəyyənləşdi

Tarix: 12 Sentyabr 2019 09:56

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun növbəti rəqibinin adı açıqlanıb.

Qol.az “TMZ”yə istinadən xəbər verir ki, bu, kanadalı Jorj San-Pyerdir. Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz məlumat verib: “Əgər Həbib miras üçün vuruşmaq istəyirsə, Sen-Pyerlə döyüş böyük hadisə olacaq. Sen-Pyer UFC tarixində ən güclü döyüşçülərdən biridir. Bundan başqa, bu döyüş Həbibə daha çox pul gətirəcək”.

Menecerin sözlərinə görə, Həbibin bu görüşü 2019-cu ilin sonunadək ola bilər.

Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastun Puaryeni məğlub edərək yüngül çəkidə UFC çempionu titulunu növbəti dəfə qoruyub.

 


Etiketlər:  Həbibin növbəti rəqibi müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ