Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Latviyada 9 may tarixi Ukraynada həlak olanların anım günü elan edilib

Latviyada 9 may tarixi Ukraynada həlak olanların anım günü elan edilib

Tarix: 8 Aprel 2022 07:12

Latviya Seymi 9 may tarixini Ukraynada həlak olanların milli anım günü elan edən qanun layihəsini təcili olaraq təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, təklifi 100 deputatdan 61-i dəstəkləyib.

Qələbə gününün qeyd olunmasını qadağan edən qanun layihəsi cəmi bir gündə təsdiqlənib.

Qanun layihəsinə əsasən, həmin gün dövlət qurumları və yerli özünüidarəetmə qurumları əyləncə və bayram tədbirləri keçirilməyəcək. Həmçinin kütləvi tədbirlərin təşkilinə də icazə verilməyəcək.

Həmçinin 8 və 9 may tarixlərində bütün ölkə ərazisində atəşfəşanlıq qadağan olunacaq.

Milli.Az


Etiketlər:  Latviyada 9 may tarixi Ukraynada həlak olanların anım günü elan edilib


RƏYLƏR