Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 10:44
"Xorvatiya ilə matçda biz böyük mübarizə apardıq və bütün ölkəni sevindirdik. Bu pozitiv hissi özümlə "Erzgebirge"yə gətirdim. Özümü yaxşı hiss edirəm. Uels və Xorvatiyaya qarşı matçlarda demək olar ki, sonadək meydanda oldum. Nəticədə vacib oyun vaxtı qazandım".
Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya ikinci Bundesliqa təmsilçisi "Erzgebirge"də oynayan millimizin üzvü Dmitri Nazarov "Tag 24"ə açıqlamasında deyib.
O, 2-ci Bundesliqada bazar günü "Osnabrük"ə qarşı keçirəcəkləri ev matçında oynamaq istədiyini bildirib: "Özümü burada rahat hiss edirəm, mənə istədiyim sərbəstlik verilir. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı oynamışam. Fikrimcə, Şuster mənim oyun keyfiyyətlərimdən xəbərdardır".
Qeyd edək ki, D. Nazarov Avro-2020-nin seçmə mərhələsində Uelsə səfər görüşündə (1:2) 86 dəqiqə meydanda olub. Xorvatiya ilə matçda (1:1) isə o, 90-cı dəqiqədə Rəşad Eyubovla əvəzlənib.