Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov və Çavuşoğlu Brüssel görüşünü müzakirə ediblər

Ceyhun Bayramov və Çavuşoğlu Brüssel görüşünü müzakirə ediblər

Tarix: 8 Aprel 2022 16:36

8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri və bu xüsusda, Brüsseldə keçirilmiş yüksək səviyyəli görüşü müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu təşkil edib.


Etiketlər:  Ceyhun Bayramov Çavuşoğlu Brüssel görüşünü müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ