Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov britaniyalı həmkarı ilə Brüssel görüşünü müzakirə edib

Ceyhun Bayramov britaniyalı həmkarı ilə Brüssel görüşünü müzakirə edib

Tarix: 8 Aprel 2022 20:39

8 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

Tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünü müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov britaniyalı həmkarı ilə Brüssel görüşünü müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ