Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belçikada “Kinder” şokoladlarının istehsalı dayandırılıb

Belçikada “Kinder” şokoladlarının  istehsalı dayandırılıb

Tarix: 9 Aprel 2022 08:08

Belçikanın Qida Təhlükəsizliyi Agentliyi (AFSCA) İtaliyanın "Ferrero" şirkətinin "Kinder" şokoladları istehsal edən zavodunun fəaliyyətini dayandırıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Agentlik bunu istehsalçı şirkətin qidada aşkar edilmiş Salmonella bakteriyalarına dair ətraflı izahat verməməsi ilə izah edib.

Bu səbəbdən Arlon şəhərindəki zavodda istehsal dayandrılıb, "Kinder" markalı məhsullar satışdan yığışdırılıb.

Qeyd edək ki, "Kinder" şokoladı ilə salmonellaya yoluxma barədə 61 frak Britaniyada, 21 hal Fransada, 15 hal Belçikada qeydə alınıb.


Etiketlər:  Belçikada Kinder şokoladlarının istehsalı dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ