Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 17:26
Rusiya Prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibəni bitirmək istəməsinə dair bir neçə əlamət var.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Aleksey Arestoviç deyib.
"Onlar müharibəni bitirmək istəyirlər. Çünki döyüş meydanında məğlubiyyət və sanksiyalar Rusiya iqtisadiyyatının belini qırır, ölkə daxilində sosial-siyasi vəziyyəti şübhə altına qoyur", - deyə o bildirib.
Ukrayna rəsmisi qeyd edir ki, ruslar səkkiz istiqamətdən 6-da məğlubiyyətə düçar olublar:
"İndi onların əsas narahatlığı Putinin Zelenski ilə görüşə müəyyən güc mövqeyi ilə gəlməsidir. Heç olmasa nə isə götürmək, Mariupol, Birləşmiş Qüvvələr Əməliyyatı zonası, hər hansı ciddi təhlükə yaratmaq... Çünki Putin haradadırsa, orada qələbə olmalıdır, o tam məğlub olmuş şəkildə gəlməyə razı olmaz".