Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 18:08
Birinci Qarabağ müharibəsi zamanı yaralanan və əlillik təyin olunmuş almış bəzi şəxslərə veteran statusu verilməyib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Zərdab sakini Mürsəl Mustafayev də 1993-cü ildə Ağdam və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Dediyinə görə, Füzulinin Əbdürrəhman kəndində yaralanıb. Qarabağ əlili kimi bir müddət müavinət də alıb. Ancaq ona döyüşlərdəki iştirakına dair veteran statusu verilməyib. Aidiyyəti qurumlara bununla bağlı müraciət etdikdə isə sənədlərində problem olduğu bildirilib.
İsmayıllı sakini Fərman Səmədovda veteranlıq statusu almaq istəyən Birinci Qarabağ döyüşçülərindəndir.
Hüquqşünas Kamandar Hüseynovun bildirir ki, son illər bu məsələ ilə əlaqədar məhkəmlərə müraciətlər artıb. Ən çox problem isə həmin şəxslərin döyüşlərdə iştirakını təsdiqləyən sənədlərlə bağlı olur.
Müdafiə Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, belə vətəndaşlar müvafiq sənədləri ilə birlikdə nazirliyə müraciət etməlidilər. Bundan sonra onların döyüşlərdə iştirakları araşdırılıb, rəsmi cavab veriləcək.