Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbsi tələb olunan məşhurlarla bağlı qərar

Həbsi tələb olunan məşhurlarla bağlı qərar

Tarix: 9 Aprel 2022 21:38

Kriptovalyuta birjası "Thodex"in reklamlarında yer alan məşhurların dələduzluqda iştirak etdikləri iddia olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində onların cinayət məsuliyyətinə cəlb edilməmələri qərara alınıb.

Anadolu Respublika Baş Prokurorluğunun sözügedən kriptovalyuta birjasında fırıldaqçılıq iddiası ilə apardığı istintaqda aralarında mühacirət etmiş Faruk Fatih Özer də daxil olmaqla 21 şübhəli haqqında 40 min ilə qədər həbs cəzasının tətbiq edilməsi istənilirdi. Kripto pul aldıqları üçün qurbana çevrildiklərini iddia edənlər reklamlarda yer alan məşhurlara güvəndikləri üçün onlardan şikayətçi olduqlarını bildiriblər.

Prokurorluq təqsirləndirilən 17 nəfər barəsində istintaq işinin aparılmasını dayandırıb. Sözügedən şəxslər araında Pınar Deniz, Mine Tugay, Bahar Şahin, Simge Sağın, Özge Ulusoy, Selin Şekerci, Pelin Karahan, Zeynep Tuğçe Bayat, Gökçe Bahadır, Gaye Turgut Evin, Eda Ece, Barış Kılıç, Edis, Gökçe Yıldız, Necip Memili və Melisa Döngelinin adı yer alıb.

Bildirilib ki, sözügedən şəxslərin bank hesabları araşdırılıb və birja ilə əlaqəsinin olmadığı ortaya çıxıb. Həmçinin qeyd olunub ki, adıçəkilən şəxslərin təkcə şirkətin reklam çarxlarında yer alması cinayətdə iştiraklarına dəlil ola bilməz.

Milli.Az


Etiketlər:  Həbsi tələb olunan məşhurlarla bağlı qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ