Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 08:06
Fransanın Ren şəhərində prezident seçkilərinin birinci turunun nəticələrinə qartşı etiraz aksiyası keçirilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Ren şəhərinin mərkəzinə toplaşanlar Emmanuel Makron və Marin le penin əsas namizədlər kimi növbəti tura keçməsinə etiraz ediblər.
Aksiya iştirakçıları tullantı qablarına od vurub, iş yerlərinin pəncərələrini sındırıblar.
Etirazçılar polisin müdaxiləsindən sonra dağılışıb. Razılaşdırılmamış aksiyada 600 nəfər iştirak edib.