Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 13:06
İordan çayının qərb sahilində Yusif peyğəmbərin türbəsinə hücum edilib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "The Jerusalem Post" yayıb.
İsrail tərəfi hadisənin fələstinlilər tərəfindən törədildiyini iddia edir. Bildirilir ki, hücum zamanı türbə ilə yanaşı, onun üzərindəki çılçıraq, kənarda olan su çəni də dağıdılıb. Hadisənin bu həftəsonu baş verdiyi qeyd olunub.
İsrail hökuməti türbəyə dəyən zərəri tez bir zamanda aradan qaldırmaq üçün hər cür səy göstərəcəyini bildirib.