Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Putinin gözünə baxıb Buçada gördüklərimi demək istədim, mübahisə etdik” - Kansler

“Putinin gözünə baxıb Buçada gördüklərimi demək istədim, mübahisə etdik” - Kansler

Tarix: 12 Aprel 2022 08:06

Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüş təəssüratlarından danışıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Nehammerin sözlərinə görə, o, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib.

"Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər tufana işarə edir", - kansler bildirib.

O qeyd edib ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır.

Həmçinin, onların arasında mübahisə yaranıb və bu zaman Rusiya Prezidenti Buçada baş verənlərə görə Ukraynanın günahkar olduğunu təkid edib.

Qeyd edək ki, Nehammer-Putin görüşü aprelin 11-də Moskvada baş tutub. Onların söhbəti 1,5 saat davam edib.

Xatırladaq ki, bu gün Rusiyanın Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbər yayılıb.


Etiketlər:  Putinin gözünə baxıb Buçada gördüklərimi demək istədim mübahisə etdik Kansler


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ