Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kin səbəbindən valideynlərini öldürüb evdə gizlətdi

Kin səbəbindən valideynlərini öldürüb evdə gizlətdi

Tarix: 12 Aprel 2022 09:24

Rusiyanın Saratov vilayət sakini valideynlərini öldürərək meyitlərini evdə gizlədib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 7-nə keçən gecə Engels şəhərində 34 yaşlı rusiyalı 56 yaşlı atası və 57 yaşlı anasının mənzilində olarkən baş verib.

Valideynlərinə qarşı uzun müddət kin bəsləyən şəxs çəkiclə əvvəlcə yatmış atanın başına çoxsaylı zərbələr vurub, sonra onu boğub, daha sonra isə analoji üsulla yatmış anasını öldürüb.

Cinayətin izlərini gizlətmək üçün şübhəli valideynlərinin cəsədlərini evin artırma hissəsində gizlədib.

Həyatını itirənlərdən uzun müddət xəbər tuta bilməyən yaxın qohumları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Aprelin 10-da həlak olanların meyitləri tapılıb.

Fakt araşdırılır.

Milli.Az


Etiketlər:  səbəbindən valideynlərini öldürüb evdə gizlətdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR