Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 16:50
İngilis müğənni Herri Staylesin "As It Was" adlı yeni mahnısı musiqi çartlarında rekorda imza atıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, 31 martda yayımlanan musiqi 43,8 milyon endirilmə sayı ilə 2022-ci ildə bir həftədə ən çox dinlənilmə rekordunu qırıb.
Trek eyni zamanda 2022-ci ildə təqdim edilən və siyahılarda 1-ci pillədə qərarlaşan ilk mahnı olub.
Həmçinin, "As It Was" 8,3 milyon endirmə sayı ilə "Spotify" tarixində bir gündə ən çox yüklənilən mahnıdır.
Qeyd edək ki, "As It Was" Staylesin yeni albomu "Harry's House"un ilk çıxış mahnısıdır.