Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ermənistanı ''hədəf aldı'' - azərbaycanlılara qarşı zorakılıqlar, qətllər hesabata salınıb

ABŞ Ermənistanı ''hədəf aldı'' - azərbaycanlılara qarşı zorakılıqlar, qətllər hesabata salınıb

Tarix: 14 Aprel 2022 13:33

ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatda Ermənistan sərt tənqid olunub. Hesabatın Ermənistana aid hissəsində Ermənistanın azərbaycanlı əsirlərə qarşı zorakılıqları, qətllərinə xüsusi yer ayrılıb. Qeyd olunur ki, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı əsir düşən azəbaycanlı hərbi əsirlər işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qalıblar.

Dövlət Departamentin hesabatında Azərbaycan Baş Prokurorluğunun Kəlbəcər rayonunun Başlıbel kəndində başlatdığı cinayət işinə də toxunulub. Bildirilib ki, 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlanılıb. Həmçinin, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbirstanlığın dağıdılması ilə bağlı sübutların üzə çıxılmasına da yer ayrılıb. 2020-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı qeyd edilib.

Lakin təəəsüf ki, 44 günlük müharibə zamanı Ermənistanın dinc Azərbaycan şəhərlərinin bombardman etməsi, onlarla insanın ölümünə səbəb olan qanlı hadisələrə hesabada toxunulmur. Halbuki, dinc şəhərlərdə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı BMT, AŞPA, ATƏT PA, NATO-nun Baş katibi, NATO PA-nın prezidenti, Aİ Komissiyasının prezidenti, AŞ-nın prezidenti, Avropa Parlamentinin prezidenti, UNİCEF-in icraçı direktoruna və s. təşkilatlara müraciət ünvanlayıb və onlar bundan xəbərdar edilib. Ermənistanın öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşə tutulmasına toxunulmayıb.

Xatırladaq ki, Ermənistanın tək bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 9-dan çox mülki şəxs həlak olub və 34-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırım aktıdır.

Ümid etmək olar ki, ABŞ başda olmaqla beynəlxalq qurumlar üstündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayətə nəhayət ki, reaksiya verəcək və işğalçı ölkənin cəzalandırılması üçün lazım olan bütün tədbirləri görəcək.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  ABŞ Ermənistanı hədəf aldı azərbaycanlılara qarşı zorakılıqlar qətllər hesabata salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ